Sumqayıt şəhərinin 76-cı məhəlləsi işıqlandırılıb. Bu haqda 6 mart tarixində Sumqayıt24 şəhər Bələdiyyəsinə istinadən xəbər verir.
Vətəndaşların müraciəti əsasında işlər Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilib. Çerkassı küçəsində yerləşən adıçəkilən məhəllənin bir hissəsi küçə işıqları ilə təmin edilib.