Sumqayıt şəhərinin 9-cu mikrorayonunda kanalizasiya kollektorunun tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Bu haqda bu gün, 15 yanvar tarixində AZƏRTAC xəbər verir.
Məlumata əsasən, “Lüdviqshafen” parkından “Aygün” mərasim evinədək kollektorun qəzalı vəziyyətdə olan 350 poqonometr hissəsi yenidən qurulub.
Şəhər ərazisində kanalizasiya kollektorunun yararsız vəziyyətdə olan hissələrinin, məhəllədaxili kanalizasiya xətlərində və binaların zirzəmilərində təmir-bərpa işləri mərhələli şəkildə davam etdirilir.