Sumqayıt-Bakı yolunda işıq dirəkləri günorta saatlarında söndürülmür. Sumqayıt24 bu barədə 7 noyabr tarixində xəbər verir.
Bu hal magistral yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində müşahidə olunur. İşıq dirəkləri gün boyu yanıq qalır.
“Günün günorta çağı işıqlar yanır. Demək olar ki, hər zaman belə olur. İsrafçılığa yol verilir. Digər yollar axşam saatlarında qaranlıq olduğu halda, bura gün boyu işıqlandırılır”, - deyə sakinlər bildirib.
[modula id="26499"]