Sumqayıt şəhəri, Novxanı yaşayış massivində qazın verilişində fasilə yaranıb. Sumqayıt24 bu barədə 16 noyabr tarixində Qaz İstismar Sahəsinə istinadən xəbər verir.
Sözügedən massivin 2 aprel küçəsində 650 abonentin təbii qaz təchizatı saat 10:50-dən işlər yekunlaşana qədər dayandırılıb.