Səməd Vurğun küçəsində piyada keçidi yol nişanı quraşdırılıb və “zebra” çəkilib. Bu haqda bu gün, 15 mart tarixində Sumqayıt24-ə oxucular xəbər verib.
Məlumata əsasən, zolaq Tağıyev qəsəbəsinin girişində çəkilib. Buradan 33 nömrəli avtobus marşturu keçir. Sakinlərin sözlərinə görə, burada illər sonra piyadaların rahat keçməsi üçün şərait yaradılıb.
Həmçinin, adıçəkilən yolda dayanacaq quraşdırılır.