Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsinin Məktəbli küçəsində yol boyu tullantılara rast gəlmək olar. Bu haqda Sumqayıt24-ə bu gün, 4 fevral tarixində xəbər verilib.
Məlumata görə, ərazidə zibil qutuları olsa da, tullantılar yol kənarına atılır. Həmçinin yığılan tullantılar uzun müddətdir ki, ərazidən aparılmır.
Bundan əvvəl, şəhərin 2-ci mikrorayon ərazisində tullantıların yol boyunca atılması barədə məlumat vermişdik.
Foto Sumqayıt24