H.Z. Tağıyev qəsəbəsinin bir hissəsində tullantılar zibil qutularının içində yandırılır. Bu vəziyyətdən narazı sakinlər Sumqayıt24-ə müraciət ediblər.
Bu problemlə qəsəbənin Dəmiryol yaşayış massivinin sakinləri rastlaşıb. Bizə verilən məlumata görə, zibil qutularında yığılan tullantılar ərazidən aparılımır və oradaca yandırılır. Hava küləkli olan zaman isə xoşagəlməz qoxu ətrafı bürüyür.
Bu hal çox vaxt axşam saatlarında müşahidə olunsa da, nadir hallarda səhər saatlarında olur.