“Sumqayıt” klubunun yeni transferi ilk təəssüratları ilə bölüşüb. Sumqayıt24 bu haqda 28 iyul tarixində Sportinfo.az-a istinadən xəbər verir.
Zaqreb “Dinamo”sunun yetirməsi olan Damian Daniçiç artıq bir neçə gündür yeni komandasının Türkiyə toplanışında iştirak edir. Cinah müdafiəçisi burada xoş qarşılandığını bildirib:
“Çox gərgin məşqlər və oyunlarımız keçir. Əsas məqsədimiz mövsümə tam hazır olmaqdır. “Sumqayıt”la müqavilə imzaladığım üçün çox şadam. Bu klub inkişaf etməkdədir və düşünürəm ki, getdikcə daha da yaxşı olacaq.”
Qeyd edək ki, Daniçiç Serbiya U-21 millisinin də şərəfini qoruyub.