top
Sumqayıt məhkəməsində tanışının boğazını kəsən şəxsə AĞIR CƏZA
28 noyabr 2025, 12:25
- ↺ +

Sumqayıt məhkəməsində tanışının boğazını kəsən şəxsə AĞIR CƏZA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt məhkəməsində borc aldığı tanışının boğazını kəsən şəxsə hökm oxundu. 

Oxu.Az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İlkin Novruzova məhkəmənin hökmü ilə 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, İ.Novruzov Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevi xüsusi amansızlıqla qətlə yetirib. Belə ki, o, H.Quliyevi 20 manat borca görə öldürüb.

Məlum olub ki, Xırdalan şəhərində mebel ustası işləyən H.Quliyev İlkin Novruzovla tanış olub. İlkin Vətən Müharibəsi iştirakçısı olub və müharibədən sonra evinə qayıtsa da, heç bir yerdə işləməyib. Onun 20 manata ehtiyacı yaranıb və həmin məbləği Heybətdən borc alıb, 20 günə qaytaracağını bildirib.

Hadisədən bir ay keçməsinə baxmayaraq, İlkin borcu qaytarmayıb. Heybət borcunu tələb etdikdə, İlkin müxtəlif bəhanələrlə bundan yayınmağa çalışıb. Sonda Heybət ona zəng edərək borcu tələb edib və aralarında mübahisə yaranıb. Bundan əsəbiləşən İlkin evdən bıçaq götürərək yaşadığı Masazır qəsəbəsindən Xırdalana gedib və Heybətlə görüşüb. Danışıq zamanı mübahisə daha da gərginləşib. İlkin özü ilə gətirdiyi bıçaqla Heybətin boğazını kəsərək onu qətlə yetirib və hadisə yerindən qaçıb.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ.Novruzov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər