top
Sumqayıt məktəbliləri polisin xidməti ilə tanış olublar
16 dekabr 2025, 11:18
- ↺ +

Sumqayıt məktəbliləri polisin xidməti ilə tanış olublar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda məktəblilər polisin xidməti ilə yaxından tanış olublar. 

Sumqayit24.az xəbər verir ki, müasir düşüncəli və yüksək intellektli gənclərin müəyyənləşdirilməsi, onların ixtisas seçimində Daxili İşlər Nazirliyinin Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən təbliğat və təşviqat işləri davam etdirilir.    

Bu istiqamətdə Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində "Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi" mövzusunda orta təhsil müəssisələrinin IX-X-XI sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Sumqayıt ŞPİ-nin rəisi, polis polkovniki Fəqan Azadəliyev, hazırda Polis Akademiyasında təhsil alan Sumqayıt şəhər orta məktəblərinin məzunları və gənc polis zabitləri iştirak ediblər.

Görüşdə çıxış edən şəxslər şagirdlərə "Hüquqşünaslıq" və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə qəbul qaydaları, Polis Akademiyasının "Virtual Akademiya" platforması, ödənişsiz təhsil resursları, geyim və yataqxana ilə təminat, polis xüsusi rütbəsi və hərbi mükəlləfiyyətli hesab edilməklə hərbi rütbənin verilməsi, təhsil müddətinin iş stajına daxil edilməsi və yüksək təqaüd imkanları barədə geniş məlumat verilib. Gələcəkdə Akademiyada təhsil almaq istəyən şagirdlərə uğurlar və qəbul imtahanlarında müvəffəqiyyətlər arzulanıb.

Çıxış edən kursantlar və məzunlar yüksək səviyyədə hüquq  təhsili verən, vətənə, dövlətə şərəflə xidmət edən polis əməkdaşları yetişdirən Polis Akademiyasında kursant olmağın üstünlüklərini, öhdəçilik və məsuliyyətini vurğulayaraq onların hər zaman ölkə rəhbərliyinin qayğı və diqqəti ilə əhatə edildiklərini bildiriblər.

Sonda Polis Akademiyasındakı tədris prosesinə kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirin ikinci hissəsi isə Sumqayıt Şəhər Polis İdarəsində davam etdirilib. Şagirdlər burada Növbətçi Hissə, Müvəqqəti Saxlanma Yeri, Təhlükəsiz Şəhər otağı, Kriminalist Tədqiqatlar Bölməsi, eləcə də Post Patrul Xidmət taborunun işi ilə yaxından tanış olub, xüsusi təyinatlı polis nəfərlərinin təlimlərini izləyiblər.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər