Sumqayıtda zirzəmidə oğurlanmış kanalizasiya xətləri yenilənib. Bu haqda Sukanal İdarəsi məlumat yayıb.
Məlumata əsasən, təmir işləri 10-cu mikrorayon ev 27-nin birinci girişində aparılıb. İdarənin əməkdaşları həmin zirzəmidə yeni borular quraşdırıb.
Daha öncə, şəhərin Niyazi küçəsində binanın zirzəmisində olan köhnə borular yeni plastik borular ilə əvəz edilib.