Sumqayıt qəbiristanlığı baxımsız vəziyyətdədir. Sumqayıt24-ə bu barədə oxucular xəbər verib.
Bəhs etdiyimiz məzarlıq “Yaşıl dərə” yaşayış massivinin yaxınlığında yerləşir. Sakinlərin dediyinə görə, burada olan məzarların ətrafı tikinti, məişət və qida tullantıları ilə aşıb-daşır. Yayılan üfunət qoxusu isə küçə itlərinin çoxalmasına gətirib çıxarır.
“Ora gələnlər ağac sulamaq üçün qablar gətirir. Həmin plastik qabları istifadə edəndən sonra ele burada atıb gedirlər. Niyə biganə yanaşırlar bu qədər? Anlamırıq. Hərə oz ərazisinə duşən zibili yığıb atsa, hər şey yaxşı olar”, - deyə, izləyicilər bildirib.
[modula id="14890"]