Sumqayıt sakininin idarə etdiyi avtomobil qəzaya uğrayıb. Sumqayıt24 bu barədə 15 avqust tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə avqustun 14-də Siyəzən rayonunun Beşdam kəndi ərazisində qeydə alınıb. Qəzada 4 avtomobil toqquşub. Bunlar Yardımlı rayon sakini A.Mamedovun, Ağdam rayon sakini E.Qənbərovun, Sumqayıt şəhər sakini N.Sayıllının idarə etdikləri “Mercedes” markalı nəqliyyat vasitələri və Xaçmaz rayon sakini R.Əmirbəyovun idarə etdiyi “KİA” markalı avtomobil olub. Nəticədə E.Qənbərovun sərnişini olan atası Rüstəm Qənbərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.