Sumqayıtda 18-ci məhəllədə su borusu partlayıb. Bu haqda bu gün, 19 yanvar tarixində Sumqayıt24-ün müxbiri xəbər verib.
Əraziyə Sukanal İdarəsinin əməkdaşları cəlb olunublar. Əldə etdiyimiz məlumata əsasən, boru köhnə olduğu üçün partlayıb. Ərazini su basıb. Qışın tüğyan etməsinə baxmayaraq, əməkdaşlar yeri qazıb və orada yığılmış suyu vedrə vasitəsi ilə çıxarıb.
Bildirilib ki, problem qısa müddət ərzində həllini tapacaq.
Həmçinin, həmin qurumun işçiləri tərəfindən 3-cü mikrorayon ev 19B-nin zirzəmisində yığılmış su nasos vasitəsilə çəkilib.