Sumqayıtda 10 ildən çoxdur ki, piyadalar üçün təhlükə mənbəyi olan hasar sökülüb. Sumqayıt24-ə bu haqda izləyicilər məlumat verib.
Söhbət 36-cı məhəllə ərazisində hasarlanmış səkidən gedir. Hazırda, ərazidə xüsusi texnika və işçi qüvvəsi çalışır. Sakinlərin rahat və təhlükəsiz hərəkət etmələri üçün şərait yaradılır.
Xatırladaq ki, daha öncə bu problem redaksiyamız tərəfindən işıqlandırılmışdır. [modula id="13789"]