Sumqayıtçayın məcrası çirkləndirilir. Sumqayıt24 bu haqda EcoKönüllü Facebook səhifəsinə istinadən yazır.
Sözügedən əraziyə məişət və tikinti tullantıları atılır. Qeyd olunur ki, Sumqayıtçay Abşeronun ən böyük çayıdır. Onun ətrafında unikal ekosistem uyğunlaşıb. Burada çoxsaylı balıq növləri mövcuddur. Bundan əlavə, digər canlılar da çayın suyunu içir.
Xatırladaq ki, bir müddət öncə toyuq cəsədlərini həmin çaya atan şəxs müəyyən edilmişdir.