Sumqayıtda təbii qazın verilişi dayandırılır. Sumqayıt24 bu barədə 28 oktyabr tarixində Qaz İstismar Sahəsinə istinadən xəbər verir.
Məlumata əsasən, saat 10:00-dan etibarən Təzə Corat və H.Z.Tağıyev qəsəbələrində 1300 abonentin qaz təchizatında fasilə yaranacaq. Fasilə işlər yekunlaşana qədər davam edəcək.