Sumqayıtda 16 nömrəli məktəbin önündəki kanalizasiya quyusu qapaqsız qalıb. Bu haqda Sumqayıt24-ə bu gün, 15 dekabr tarixində məlumat verilib.
Bu səfər problem şəhərin 20 yanvar küçəsində yaranıb. Avtomobil yolunun tam ortasında olan qapaqsız lyuk səbəbindən sürücülər qəza təhlükəsi ilə üzləşirlər. Təhlükədən əlavə isə çirkab suların qoxusu ətrafı bürüyüb.
Xatırladaq ki, 40-cı məhəllədə yaranmış eyni problem Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən aradan qaldırılmışdır.