top
Sumqayıtda 62 min manatlıq dələduzluğa görə həbs edilən qadın BƏRAƏT ALDI
24 noyabr 2025, 18:00
- ↺ +

Sumqayıtda 62 min manatlıq dələduzluğa görə həbs edilən qadın BƏRAƏT ALDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda qızıl alveri ilə məşğul olan qadınların məhkəmə çəkişməsi bəraətlə yekunlaşıb.

Qafqazinfo.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 62 min manatlıq dələduzluq ittihamı ilə həbs edilmiş 48 yaşlı Balaxanım Atakişiyevanı təqsirsiz hesab edib.

İş materiallarına əsasən, həm təqsirləndirilən Balaxanım Atakişiyeva, həm də zərərçəkmiş Minarə İbayeva qızıl alveri ilə məşğul olub. Qarşılıqlı münasibətlər nəticəsində Balaxanım Minarədən 62 min manatlıq qızıl alaraq əvəzində ona "Toyota Prado" markalı avtomobil verəcəyini vəd edib.

Lakin sonradan məlum olub ki, onun ümumiyyətlə belə bir avtomobili olmayıb və aldığı pulu da geri qaytarmayıb.

Bunun ardından Minarə hüquq-mühafizə orqanlarına müraciət edərək Balaxanımı həbs etdirib.

Əvvəlcə təqsirləndirilən şəxs sərbəst ifadə verib. O, Minarəyə heç bir yalan vəd vermədiyini, onunla kredit-borc müqaviləsi bağlayaraq qızıl alveri ilə məşğul olduğunu deyib. Yəni ondan qızıl götürüb bir az baha qiymətə satıb, pulunu da vaxtında verib.

Balaxanımın sözlərinə görə, götürdüyü qızılın qarşılığında maşın söz verməsi isə yalandır. Onun ümumiyyətlə elə bir maşını olmayıb. Sadəcə əvvəllər qızıl satdığı müştərilərdən biri girov kimi ona həmin maşının şəklini göndərib, o da şəkli Minarəyə atıb. Foto ilə həmin alqı-satqı epizodunun əlaqəsi olmayıb.

Zərərçəkmiş Minarə İbayeva məhkəmədə biri digərini təkzib edən dolaşıq ifadələr verib. Bundan əlavə, ibtidai istintaqdakı ilə indiki danışdıqları üst-üstə düşməyib.

Məsələn, o, verdiyi qızılların əyarı və çəkisini dəqiq ifadə edə bilməyib. Həmçinin mübahisəli avtomobilin fotosunun hadisədən iki ay əvvəl ona göndərildiyi məlub olub.

Hakimin "bu məsələni niyə mülki qaydada həll etmədiniz?" sualına Minarə "düşündüm ki, hüquq-mühafizə orqanlarına müraciət etsəm, daha tez həll olunar", - cavabını verib. Bu da qərəzli münasibəti göstərən hal kimi qiymətləndirilib.
Prokuror yekunda B.Atakişiyevanın təqsirli bilinərək sanksiya həddində həbslə cəzalandırılmasını tələb etsə də, məhkəmə fərqli nəticəyə gəlib.

Fəhmin Hümbətovun sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlib ki, tərəflər arasındakı münasibət mülki-hüquqi xarakter daşıyır və xanım müttəhimin əməlində cinayət tərkibi yoxdur. Hökmə əsasən, təqsiri sübuta yetirilmədiyindən Balxanıma bəraət verilib. O, məhkəmə zalında həbsdən azad edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər