top
Sumqayıtda 75 min manatlıq dələduzluq edən şəxsin istəyi reallaşmadı
18 dekabr 2025, 18:37
- ↺ +

Sumqayıtda 75 min manatlıq dələduzluq edən şəxsin istəyi reallaşmadı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Uğur Talehovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

İttihama görə, o, tamah niyyəti ilə, özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədilə bir sıra dələduzluq əməllərini törədib.

Belə ki, 2023-cü ilin may ayının ortalarında təqsirləndirilən şəxs zərərçəkmiş T.T.-nin (adı, soyadı şərtidir) onu əvvəldən tanımasına və bibisi oğlu ilə yaxın münasibətlərinə istinad edərək, etibarından sui-istifadə edib. O, zərərçəkmiş şəxsi Dövlət Neft Şirkətində (SOCAR) şöbə müdiri vəzifəsinə təyin etdirəcəyini yalan vəd verərək aldadıb və Sumqayıt şəhəri, Bulvar ərazisində 40 000 manat pulunu alaraq şəxsi ehtiyaclarına xərcləyib. Nəticədə zərərçəkmişə xeyli miqdarda maddi ziyan dəyib.

Bundan əlavə, Uğur Talehov tamah niyyəti ilə, özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etməklə 04 fevral 2023-cü il tarixdə zərərçəkmiş şəxs Q.Q.-nin (adı, soyadı şərtidir) işlədiyi Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki üzlük daşları emalı sexində satıcı işləyən şəxsin etibarından sui-istifadə edib. O, "SLB Construction Group" inşaat şirkətinə məxsus Sumqayıt şəhəri, Bulvar ərazisində tikilən "Bağçaşəhər" yaşayış kompleksinin binalarına üzlük daşlarının təmin ediləcəyini və hər ayın sonunda dəyərinin ödəniləcəyini yalan vəd verib.

Təqsirləndirilən şəxs mart ayının əvvəllərindən 10 avqust 2023-cü ilədək olan müddətdə təhvil aldığı daşların ümumi dəyəri 42 000 manat olmasına baxmayaraq, 35 179 manatını ödəməyib. Bu yolla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq edib.
Qeyd edək ki, Uğur Talehov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq), 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunub.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər