Sumqayıtda nəqliyyat vasitəsində yanğın baş verib.
Sumqayit24.az-a daxil olan məlumata görə, Bakı–Quba magistral yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində "BMW" markalı avtomobilin mühərrik hissəsi qəfildən alışıb.
Hadisə nəticəsində yolda tıxac yaranıb. Əraziyə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunublar.
Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.