Sumqayıt Şəhər İcra Hakimiyyətinin tenderi başa çatıb.
E-hüquq.az-ın məlumatına görə, müsabiqə Sumqayıt şəhərində küçə və prospektlərdə yol cizgilərinin çəkilməsi və yol səki daşlarının yuyularaq rənglənməsi işlərinin satınalınması ilə bağlı olub.
Sözügedən tenderin qalibi "Dream Construction Company" MMC seçilib.
Məlumata görə, qalib şirkətə 140.188,25 manat vəsait ödəniləcək.