Sumqayıt şəhərində daha bir yol çöküb. Bu haqda bu gün, 28 may tarixində Sumqayıt24 xəbər verir.
Hadisə Heydər Əliyev prospekti, 5-ci məhəllə ərazisində qeydə alınıb. Ərazi qoruyucu lentlərlə bağlanıb və avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Yolun çökmə səbəbi sovet dövründən istifadədə olan kollektorun sıradan çıxması və burada yeraltı suların yığılmasıdır. [modula id="15788"]