Polad Həşimov küçəsində avtomobillərin hərəkətini nizamlaq məqsədilə işlər görülüb. Sumqayıt24-ə bu haqda 30 iyul tarixində məlumat verilib.
Küçənin dənizkənarı bulvar ərazisinə düşən hissəsində, yolun hər dörd istiqamətində yeni işıqforlar quraşdırılıb. Bununla da qəzanın başvermə ehtimalı azalmış olur. Həm piyada, həm də ki sürücülərin təhlükəsiz hərəkəti təmin olunur.
Qeyd edək ki, əvvəllər ərazidə yalnız “Stop” nişanları var idi.