top
Sumqayıtda evə diktofon yerləşdirib həyat yoldaşını öldürən şəxs hökmdən narazıdır
11 dekabr 2025, 17:00
- ↺ +

Sumqayıtda evə diktofon yerləşdirib həyat yoldaşını öldürən şəxs hökmdən narazıdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda xəyanət görə həyat yoldaşını qətlə yetirən kişi hökmdən narazıdır. 

Sumqayit24.az-ın məlumatına görə, hadisə bu ilin yanvarın 22-də, şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.

İttihama görə, 1989-cu il təvəllüdlü Ağabala şəhər ərazisində avtomobil kirayəsi ilə məşğul olub. Onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səbinə isə evdar qadın olub. Cütlüyün birgə nikahdan 3 övladı olub.

Bir gün Ağabala həyat yoldaşı Səbinənin telefonuna baxarkən "Whatsapp"da yazılan mesajın silindiyini görüb. Bu səbəbdən arvadının xəyanətindən şübhələnməyə başlayıb. O, Səbinənin telefonunun "WhatsApp" mesencerini öz mobil telefonuna yönləndirib və qadını izləyib. Bununla yanaşı, Ağabala öz mobil telefonunun səsyazma proqramını aktiv edərək, smartfonu evin girişindəki dolabın üstünə qoyaraq evdən çıxıb. Telefon evdə iki gün bütün səsləri qeydə alıb.

İki gündən sonra o, telefonu götürüb səs yazılarına qulaq asanda, evə yad kişinin gəldiyindən əmin olub. Ağabala gecə saat 3 radələrində həyat yoldaşını oyadaraq həmin səsin kimə məxsus olduğunu soruşsa da, Səbinə heç nəyi etiraf etməyib.

Kişi qısqanclıq səbəbindən mətbəxdən götürdüyü bıçaqla arvadına 18 dəfə zərbə endirərək onun həyatına son qoyub.

O, daha sonra könüllü şəkildə polisə təslim olub və hadisəni etiraf edib. Polis əməkdaşları Ağabalanı saxlayıb və istintaqa təhvil veriblər.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Sənan 18 il azadlıqdan məhrum edilib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsini, əməlinin Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, barəsində həmin maddə ilə hökm çıxarılmasını xahiş edib.

Şikayətə zərərçəkmiş şəxsin hüquqi varisi etiraz edib.

Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər