top
Sumqayıtda FHN-ə işə düzəltmək adı ilə dələduzluq edən şəxs hökmdən narazıdır
18 dekabr 2025, 10:10
- ↺ +

Sumqayıtda FHN-ə işə düzəltmək adı ilə dələduzluq edən şəxs hökmdən narazıdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Babək İsrafilovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
  
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdəki qərar qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli hökmü cəza təyini hissədə dəyişdirilib, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 3 ay müddətinə endirilib.

 İttihama görə, Babək İsrafilov tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə bir sıra dələduzluq əməlini törədib.

 Belə ki, 2021-ci ilin yanvar ayında zərərçəkmiş V.V.-yə (adı, soyadı şərtidir) özünü dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərlə əlaqəsi olan şəxs kimi təqdim edərək, onun qardaşını Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Yanğından Mühafizə idarəsinə işə düzəlməsinə vasitə edəcəyinə dair yalan vəd verib. Təqsirləndirilən şəxs işə düzəlmək üçün komissiyadan keçmək və sənədlərin təsdiqlənməsi adı ilə 7 000 manat, fevral ayının əvvəllərində müəyyən vəzifəli şəxslərdən müsbət rəy almaq adı ilə 5 500 manat, ayın sonlarında isə işə təyinat barədə əmrin alınması adı ilə 4 500 manat aldatma yolu ilə alıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 17 000 manat məbləğində maddi ziyan vurulub.

 Babək İsrafilov eyni niyyətlə 2023-cü ilin mart ayında zərərçəkmiş N.N.-i (adı, soyadı şərtidir) elektron birjaya "Bitcoin" vasitəsilə yatırılan investisiya ilə böyük gəlir əldə ediləcəyi barədə inandıraraq 6 000 manat pulunu aldatma yolu ilə ələ keçirib.

 Daha sonra, 2024-cü ilin mart ayında zərərçəkmiş şəxsə bacısı oğlunun borcunu əvəz etmək məqsədilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 10 hektar torpaq sahəsi verildiyini iddia edib. O, torpaq sahəsinin sənədləşdirilməsi üçün 4 000 manat tələb edib. Təqsirləndirilən şəxs pul qarşılığında 10 000 manat və kriptovalyuta üzrə dividentlərin qaytarılacağı barədə yalan vəd verərək həmin məbləği Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən Mərkəzi poçtun qarşısında aldatma yolu ilə ələ keçirib.
  
Bütün bu əməl nəticəsində zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan dəyib və təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunub.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər