Sumqayıtda yol nişanı görünməz haldadır. Bu barədə Sumqayıt24 21 dekabr tarixində məlumat verir.
Söhbət Azərbaycan prospektinin 18-ci məhəlləyə aid olan avtomobil yolundan gedir. Sürücülərin sözlərinə görə, yol kəsişməsində yerləşən “STOP” nişanı ağacın budaqları arxasında olduğu üçün görünmür. Bu səbəbdən onlara cərimə tətbiq olunur.