top
Sumqayıtda iki apteki soyub əczaçıya qarşı zor tətbiq edən şəxsə CƏZA
09 dekabr 2025, 11:00
- ↺ +

Sumqayıtda iki apteki soyub əczaçıya qarşı zor tətbiq edən şəxsə CƏZA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda aptekdə əczaçıya qarşı zor tətbiq edərək pul aparan şəxs hökmdən narazıdır.

Pravda.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Əziz Bədəlovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İlkin istintaq materiallarına görə, Əziz Bədəlov ardıcıl olaraq iki soyğunçuluq əməli törətməkdə ittiham olunur.

Belə ki, o, 4 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Sumqayıt şəhərinin 48-ci məhəlləsində yerləşən "Buta" aptekinə müştəri qismində daxil olaraq, satış yerinə qanunsuz keçib. Bu zaman, əczaçı tərəfindən kassanın açılmasından istifadə edən Əziz oradan 245 manat nağd pulu açıq şəkildə götürərək hadisə yerindən qaçıb. Hadisə nəticəsində əczaçıya mənəvi, apteki təmsil edən hüquqi şəxsə isə 245 manat məbləğində maddi ziyan dəyib.

İttiham sənədlərinə görə, təqsirləndirilən şəxs növbəti gün – 5 dekabr 2024-cü ildə saat 01:00 radələrində digər aptekə daxil olaraq təkrar soyğunçuluq əməli törədib. O, "Natural" aptekdə əczaçıya qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edib, saçından dartmaq, əlini burmaq, ağzını bağlamaq və baş nahiyəsinə yumruqla vurmaqla fiziki zor tətbiq edib. Bu hərəkətlər nəticəsində zərərçəkmişə hər hansı ağır nəticə doğurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirilib.

Daha sonra Əziz piştaxta üzərindəki qutudan 93 manat nağd pulu açıq şəkildə götürərək hadisə yerindən uzaqlaşıb. Baş vermiş hadisə nəticəsində əczaçı fiziki, aptekə aid olan "Bahar Pharma" MMC isə maddi ziyana məruz qalıb.
 
İstintaq orqanı bildirir ki, hər iki epizod təkrar soyğunçuluq əlamətləri ilə törədilmiş açıq talama faktları kimi qiymətləndirilir.
Hadisədən sonra Əziz Bədəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər