Sumqayıt şəhəri Sülh küçəsində işıq dirəyi qəzalı vəziyyətdədir. Bu problem ilə sakinlər Sumqayıt24-ə müraciət ediblər.
Sınmış dirək “Sülh göyərçini” abidəsinin yanındadır. Sakinlərin sözlərinə görə, bu hal uzun müddət davam edir. Külək əsən zaman isə dirək silkələnir.
“Bu dirəyin qorxusundan yolun digər hissəsindən keçirik ki, başımıza düşməsin”, - deyə sakin bildirib.
[modula id="8572"]