Sumqayıt şəhərində işləməyən işıq dirəyi təmir olunub. Bu haqda bu gün, 25 mart tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, işlər 16-cı məhəllədə, “Fəxri” marketin yanında aparılıb. Əraziyə xüsusi texnika cəlb edilib. Əyilmiş dirək təmir olunub, elektrik təchizatı bərpa edilib.