top
Sumqayıtda məhkəmə hakimi müttəhimə son söz vermədi - Digər hakim hökmü ləğv etdi
16 yanvar 2026, 18:30
- ↺ +

Sumqayıtda məhkəmə hakimi müttəhimə son söz vermədi - Digər hakim hökmü ləğv etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda son söz deməyə imkan verilmədən 6 il 6 ay həbsə məhkum edilən qadının hökmü ləğv edilib.

Qafqazinfo.az-ın məlumatına görə, qərar Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilib.

Bir neçə nəfərə yalan vəd verməklə külli miqdarda dələduzluqda ittiham olunan Gülpər Bəşirzadənin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılıb.

Məhkəmə istintaqı bitdikdən sonra ittiham və müdafiə tərəfi çıxış etsə də, təqsirləndirilən şəxs son sözə hazır olmadığı üçün vaxt istəyib. Lakin hakim Nahid Mirzəyev bunu müttəhimin prosesi uzatması və son söz deməkdən imtinası kimi qəbul edərək müşavirəyə yollanıb. Bir neçə dəqiqə sonra elan edilmiş hökmlə Gülpər verilmiş ittiham üzrə təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin vəkilinin bu hökmdən verdiyi şikayəti isə apellyasiya məhkəməsi əsaslı hesab edib.

Hakim Ruhiyyə Əsgərova qanunvericiliyə istinad edərək belə qənaətə gəlib ki, həmkarının təqsirləndirilən şəxsin son söz hüququnu pozması birbaşa qanun pozuntusudur.

Yeni qərarda konkret olaraq qeyd olunub ki, təqsirləndirilən şəxsin son sözü ona qarşı ittiham üzrə aparılan araşdırmanın nəticəsinə münasibət bildirmək hüququnu ehtiva edir. Məhz bunun məntiqi nəticəsidir ki, o, ittiham üzrə ifadəsini bildirərkən konkret vaxt məhdudiyyəti ilə üzləşdirilə bilməz. Lakin bu işdə təqsirləndirilən şəxsə məhkəmə tərkibi tərəfindən son söz demək hüququ təmin edilməyib, nəticədə qanunvericiliyin tələbləri pozulub.

Qeyd olunanlara əsasən əvvəlki hökm tamamilə ləğv edilib. İş yenidən baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökm ləğv edildiyindən, xanım müttəhim barəsində yenidən həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
24 oktyabr 2026, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
24 oktyabr 2026, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
24 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Oxşar xəbərlər