Sumqayıtda yolda yaranan problem sürücülərin ciddi narazılığına səbəb olub.
Sumqayit24.az-a daxil olan məlumata görə, 10 nömrəli məktəbə dönən hissədə yol bərbad gündədir. Fotodan da aydındır ki, yolun ciddi şəkildə təmirə ehtiyacı var. Asfalt örtüyü ciddi şəkildə dağılıb və çuxur yaranıb. Eyni zamanda bu, döngədə olmaqla yanaşı, kanalizasiya lyuku ətrafındadır. Bu isə həm qəza, həm də avtomobillərin sıradan çıxma riskini artırır.