top
Sumqayıtda müəllimlərlə maarifləndirici görüş keçirilib
11 dekabr 2025, 09:17
- ↺ +

Sumqayıtda müəllimlərlə maarifləndirici görüş keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Heydər Əliyev Mərkəzində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə şəhərin müəllimləri ilə maarifləndirici görüş keçirilib.

Sumqayit24.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, İctimai Şuranın katibi Günay Əkbərova, Milli Məclisin deputatları Mehriban Vəliyeva, Ceyhun Məmmədov, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev iştirak ediblər.

Tədbir zamanı çıxış edən Mehriban Vəliyeva Ulu Öndər Heydər Əliyevin təhsilə, müəllimə olan qayğısı, Azərbaycan təhsilinin inkişafı istiqamətində xidmətləri barədə söz açıb. Millət vəkili müəllimin cəmiyyətdəki missiyası və daşıdığı mənəvi məsuliyyət haqqında danışıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov "Müəllimin peşə bacarıqları" mövzusunda təqdimatla çıxış edərək müasir dövrdə müəllimin hansı keyfiyyətlərə sahib olması məsələsinə toxunub. Azərbaycan müəlliminin hər zaman fədakar olmasına diqqət çəkən millət vəkili təhsilverənin funksiyasının tək öyrətmək deyil, həm də araşdırmaq, düşünmək, dəyərlər formalaşdırmaqdan ibarət olduğunu diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə müasir təhsildə sinfi idarəetmənin psixopedaqoji aspektləri haqqında müəllimlərə məruzə edib. Professor müəllimlərin qarşısında duran vəzifənin tək savadlı deyil, həm də ağıllı insan yetişdirmək olduğunu qeyd edib. Şagirdlərin qayğıya, sevgiyə, ünsiyyətə ehtiyac duyduğunu söyləyən şura sədri "Məhəbbət məktəbin divarları arasında olmalıdır" fikrini səsləndirib.

İctimai Şuranın katibi Günay Əkbərova tədris prosesində inklüziv mühitin qurulmasının əhəmiyyəti və praktik yolları barədə geniş məlumat verib.

Görüş İman Ağayevin Sumqayıt müəllimlərinə həsr olunmuş motivasiyaedici çıxışı ilə yekunlaşıb. Sonda müəllimlərin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər