Sumqayıtda 1380 kq müxtəlif növ qida məhsulları məhv edilib. Bu haqda bu gün, 15 mart tarixində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəbər verib.
Məlumata əsasən, istehlaka yararsız və istifadə müddəti bitmiş 1380 kq müxtəlif növ qida məhsulları (donmuş tərəvəz, pendir, dəniz məhsulları və s.) “Təhlükəli Tullantılar” MMC-nin poliqonunda məhv edilib. Ərzaqlar “Merano-Baku” MMC-yə məxsus idi.
Daha öncə, şirkətin 1,5 tona yaxın qida məhsulu məhv edilmişdir.