İqtisadiyyat Naziri Sumqayıtda vətəndaşları qəbul edəcək.
Sumqayit24.az xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Belə ki, İqtisadiyyat Naziri Mikayıl Cabbarov noyabrın 14-də Sumqayıtda vətəndaşları qəbul edəcək.
Qeyd edək ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.