Sumqayıtda İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
Sumqayit24.az xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun noyabrın 14-də Sumqayıt şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtında dəyişiklik edilib.
Bildirilib ki, görüşün keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.