top
Sumqayıtda növbə üstündə dava: Tanışını döyən şəxs məhkəmə dövründə öldü
25 dekabr 2025, 10:42
- ↺ +

Sumqayıtda növbə üstündə dava: Tanışını döyən şəxs məhkəmə dövründə öldü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda işdə növbə mübahisəsi zamanı tanışına ağır bədən xəsarətləri yetirən şəxs məhkəmə istintaqı davam edərkən dünyasını dəyişib.

Pravda.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Zahid Əşrəfovun (adı, soyad şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.Sonuncu keçirilən prosesdə ittiham aktı elan olunub.

İttiham aktına əsasən, təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən "Alatava" dəyirman zavodunda mühafizəçi vəzifəsində işlədiyi zaman iş yoldaşı, zərərçəkmiş Vahid Qədirli (adı, soyadı şərtidir) ilə aralarında mübahisə yaranıb.

Belə ki, Zahid Əşrəfov növbə günü ilə bağlı zərərçəkmişdən növbələrin dəyişdirilməsini xahiş edib. Lakin Vahidin bu təklifə etiraz edərək ona nalayiq ifadələrlə müraciət etməsi tərəflər arasında mübahisəyə səbəb olub. Təqsirləndirilən şəxs əvvəlcə zərərçəkmiş şəxsi bir dəfə yumruqla sifət nahiyəsindən vurub, daha sonra isə iş yerində olan kustar üsulla hazırlanmış kətmənlə bir dəfə baş nahiyəsindən qəsdən zərbə endirib. Nəticədə Vahidə ağır bədən xəsarətləri yetirib.

Məhkəmənin baxışında təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və bir şahid dindirilib. Digər şahidlərin dindirilməsinin təmin olunması məqsədilə məhkəmə iclası növbəti tarixə təxirə salınıb.

Lakin növbəti iclas zamanı təqsirləndirilən şəxsin vəfat etdiyi müəyyən olunub. Bununla əlaqədar məhkəmə tərəfindən onun yaxın qohumlarına Cinayət Prosessual Məcəlləsinin 106-1-ci maddəsinin tələbləri izah edilib, onlara müvafiq bildiriş göndərilmiş və məhkəmə iclası başqa tarixə təxirə salınıb.

Məhkəməyə daxil olmuş bildirişə əsasən, Zahid Əşrəfovun həyat yoldaşı rəsmi ərizə ilə müraciət edərək cinayət işi üzrə hüquqi varis qismində tanınmaq istədiyini bildirib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədən düşmüş sayılıb.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər