Sumqayıt şəhəri 2-ci mikrorayonda oğurlanmış kanalizasiya borusu yenisi ilə əvəz edilib. Bu haqda bu gün, 27 yanvar tarixində Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
Məlumata əsasən, ev 39/16-nın zirzəmisindən oğurlanmış borular yeni PVC borularla əvəz edilib. Təmir olunan zirzəmidə hal-hazırda kanalizasiya axıntısı yoxdur.