Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyalarını ödəyib.
Sumqayit24.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd edilib ki, digər bölgələrdə yaşayan pensiyaçıların, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.