Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. Sumqayıt24 bu barədə 22 avqust tarixində Apa-ya istinadən xəbər verir.
Hadisə Bakı-Quba avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Opel” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Qəza nəticəsində 52 yaşlı Xanım Aslanova aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.