top
Sumqayıtda qadın ərinin başqa münasibətindən uşağı olduğunu öyrəndi – DÖYÜLDÜ
08 dekabr 2025, 17:56
- ↺ +

Sumqayıtda qadın ərinin başqa münasibətindən uşağı olduğunu öyrəndi – DÖYÜLDÜ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində kişi qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zümrüdə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, 1991-ci il təvəllüdlü Şamaxı rayon sakini Cəlil  ailə-məişət və şəxsi münasibətlərin pozulması zəminində baş verən mübahisə zamanı Zümrüdün baş, burun, bel və kürək nahiyyələrinə yumruq ilə vurub. 

Hadisəni törədən Cəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

"2012-ci ildə Zümrüd ilə ailə həyatı qurmuşuq. 3 övladımız var. Məlum hadisə günü yaşadığım evə yollandım və həyat yoldaşımın əsəbi olduğunu gördüm. Mən Zümrüddən nə üçün əsəbi olduğunu soruşdum. O da mənə hansısa qadınla telefonla danışdığımı dedi. Zümrüdə həmin mesajların keçmişdən qaldığını dedim. Lakin o, sözlərimə inanmadı. Buna görə də mübahisəni davam etdirmədim. Həyat yoldaşım ünvanıma nalayiq ifadələr işlətdiyi üçün istəmədən də olsa əsəbi halda yumruqla onun burnuna və başına vurdum. Daha sonra əsəbim soyumadığı üçün Zümrüdü divanın üzərinə yıxdım və ona bir neçə yumruq zərbəsi vurdum. Bizim  mübahisələrimiz qısqanclıq zəminində olub. Zümrüd məni müxtəlif vaxtlarda tanımadığım qadınlara qısqanıb", - deyə Cəlil bildirib.

İş üzrə zərərçəkmiş Zümrüdün sözlərinə görə, əri təxminən üç ildən çoxdur ki, ona xəyanət edir: 

"Buna görə də aramızda dəfələrlə mübahisə yaranırdı. Sonuncu dəfə Cəlilin mənə xəyanət etdiyi qadının hamilə olduğunu öyrəndim. Buna görə də ona öz iradımı bildirdim. İraddan əsəbləşən Cəlil ilk öncə yumruq zərbəsi ilə əvvəlcə burnuma və başıma, daha sonra təpiklə qarnıma və belimə vurdu. Daha sonra saçımdan tutaraq sürüdü. Cəlil məni divanın üzərinə sürüdükdən sonra üz və müxtəlif nahiyələrimə vurmağa başladı. Məni buraxdıqdan sonra ayağa qalxa bilmədim və bir neçə dəqiqədən sonra burnumun qanadığını gördüm".

Sumqayıt Şəhər Məhkəməsində məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər