Sumqayıtda küçə heyvanlarının güllələnməsi ilə bağlı yeni iddialar yayılıb.
Sumqayit24.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Nigar Hüseynova paylaşımında Xəzər bağları ərazisində bir qurumun əməkdaşları tərəfindən itlərin qəddarlıqla güllələnərək öldürüldüyünü iddia edib.
Məsələ ilə əlaqədar aidiyyəti qurumların məsələyə aydınlıq gətirməsi və araşdırma aparması tələb olunur.