Tağıyev qəsəbəsində təhlükəli işıq dirəkləri sakinləri narahat edir. Bu haqda bu gün, 28 may tarixində oxucular Sumqayıt24-ə xəbər verib.
Məlumata əsasən, dirəklər Səttar Bəhlulzadə küçəsində yerləşir. Dirəklərin bəziləri yol tərəfə mail olublar, digərləri isə əyiliblər.
“Yolun kənarında olan bu dirəklərin yanından hər dəfə qorxa-qorxa keçirik”, - deyə oxucu bildirib.