Sumqayıtda dələduzluq və oğurluq edən şəxs saxlanılıb.
Sumqayit24.az xəbər verir ki, Sumqayıt şəhərində bir nəfər polisə müraciət edərək mobil telefonunun aldadılaraq ələ keçirildiyini bildirib. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş H.Yusubzadə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun şəhər ərazisindəki şirkətlərin birindən 4 ədəd kompüter və yaddaş qurğusu taladığı da məlum olub.