top
Sumqayıtda xəyanətə görə həyat yoldaşını xüsusi amansızlıqla öldürən ər hökmdən NARAZIDIR
05 dekabr 2025, 11:22
- ↺ +

Sumqayıtda xəyanətə görə həyat yoldaşını xüsusi amansızlıqla öldürən ər hökmdən NARAZIDIR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda xəyanət zəminində həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirən ər hökmdən narazı qalıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Qorxmaz Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Qorxmaz Quliyev həyat yoldaşı, 41 yaşlı C.Quliyevanı başqa kişi ilə ona xəyanət etməsindən şübhələnərək, 2024-cü il tarixdə öz mobil telefonunda səs yazma funksiyasını aktivləşdirib və gizli şəkildə qadının idarə etdiyi "Chevrolet Cruz" markalı avtomobilin sürücü oturacağının altına yerləşdirib. Daha sonra əldə olunan səs yazısında həyat yoldaşının başqa şəxslə açıq intim və sevgi xarakterli dialoqlarını dinləyərək xəyanətin real olduğuna əmin olub.

Bu halın təsiri altında təqsirləndirilən şəxs arvadını öldürmək qərarı versə də, əkiz övladlarının ali məktəbə qəbul ərəfəsində olması və hadisənin onlar üçün ağır nəticələr doğuracağını düşünərək niyyətini təxirə salıb. Sonralar isə ailə üzvlərinin analarını tək burxmaması səbəbilə bu niyyəti reallaşdırmaq üçün şərait tapa bilməyib.

Lakin son bir ay ərzində ailə mübahisələri zamanı zərərçəkmiş şəxsin xəyanəti etiraf edərək onu təhqir etməsi təqsirləndirilən şəxsdə qıcıq və qisas motivi formalaşdırıb. Nəticədə, 12 fevral 2025-ci il tarixdə, saat 22:05 radələrində Sumqayıt şəhəri, Yaşıl dərə massivində yerləşən fərdi yaşayış evində həyat yoldaşı ilə otaqda tək qaldığını görən Qorxmaz əvvəlcədən formalaşmış cinayət niyyətini həyata keçirmək məqsədilə mətbəxdən bıçağı götürərək qonaq otağına keçib. Bu zaman o, divanda oturan arvadına hücum edərək, sol əli ilə saçından dartmaqla başın alın-təpə nahiyəsinə dərialtı qansızma şəklində ağır dərəcəli xəsarət yetirib, ardınca sağ əlində tutduğu bıçağı onun sol çiyninə dirəyərək sol bazuda kəsilmiş-deşilmiş yara əmələ gətirib. Qarşılıqlı mübarizə zamanı təqsirləndirilən şəxs bıçaqla zərərçəkmişin sol əlinin iki barmağına da kəsilmiş yara yetirib.

 Daha sonra Qorxmaz öldürmək məqsədilə bıçağı kənara atıb, əvvəlcə bir, sonra isə hər iki əli ilə qadının boğazından sıxaraq onu boğub. Tibb müayinəsi nəticəsində zərərçəkmişdə boyun orqanlarının əllə sıxılması nəticəsində mexaniki asfiksiya, traxeya qığırdağının və dilaltı sümüyün sınığı, yumşaq toxumalarda qansızma və digər ağır xəsarətlər müəyyən edilib.

 İbtidai istintaq orqanı gəldiyi nəticəyə əsasən müəyyən edib ki, təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini xüsusi amansızlıqla törədib. İstintaq materiallarına görə, o, mərhum zərərçəkmiş şəxsin həyatını xilas etmək üçün dəfələrlə aman diləməsinə baxmayaraq, ona müxtəlif xəsarətlər yetirməkdə davam edib, bu zaman xüsusi əzab və iztirab verdiyini dərk edərək, bunu arzulamaqla, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib. İstintaq bu hərəkətləri xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirib və təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törədib.

 Lakin məhkəmə baxışı zamanı Qorxmaza qarşı irəli sürülmüş ittiham üzrə təqdim edilən sübutlar hərtərəfli, tam və obyektiv şəkildə araşdırılıb. Məhkəmənin araşdırmaları nəticəsində təqsirləndirilən şəxsin mərhum zərərçəkmiş şəxsi xüsusi amansızlıqla deyil, lakin ağırlaşdırıcı hallar olmadan qəsdən öldürdüyü, yəni onu qəsdən həyatdan məhrum etdiyi müəyyən edilib.

 Məhkəmə bununla da təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibini törətdiyini mötəbər və təkzibedilməz sübutlarla təsdiq edib.

 Məhkəmə istintaqı zamanı Qorxmaz Quliyev dindirilərək özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini deyib. O, ifadəsində mərhum zərərçəkmiş C.Quliyeva ilə 2003-cü ildən evli olduğunu, ilk illərdə ailə münasibətlərində ciddi problemlərin yaşanmadığını, son dövrlər isə aralarında gərginliyin yarandığını qeyd edib. Təqsirləndirilən şəxsin sözlərinə görə, həyat yoldaşının mobil telefonunda müxtəlif mesajlar görməsi şübhələrə səbəb olub və soruşduqda həmin mesajların xəstəxanadakı müştərilərlə bağlı adi yazışmalar olduğunu qeyd edib.

 Qorxmaz həyat yoldaşının davranışlarından şübhələnərək onun digər şəxslərlə yazışmalarını müəyyən etmək üçün istifadə etdiyi avtomobilə telefon qoymaqla səsləri gizli yazdığını, səs yazılarına qulaq asdıqdan sonra xəyanətə əmin olduğunu, daha sonra isə bu barədə həyat yoldaşının valideyn və qardaşlarına məlumat verdiyini bildirib. Təqsirləndirilən şəxs bildirib ki, ailəsi ilə danışdıqdan sonra onlar məsuliyyətdən yayınaraq "get, başını kəs, bizlik deyil" kimi ifadələr işlədiblər.

 Təqsirləndirilən şəxs hadisə günü evdə ailə mübahisəsinin baş verdiyini, həyat yoldaşının onu təhqir etdiyini, buna reaksiya olaraq onun saçından tutaraq divana tərəf atdığını deyib. O, əvvəlcədən öldürmək niyyətinin olmadığını, bıçağı yalnız qorxutmaq məqsədilə götürdüyünü bildirib. Qorxmazın sözlərinə görə, arvadı Azər adlı şəxslə gizli-gizli danışaraq onun şəxsiyyətini çox alçaldıb, ona xəyanət edib.

 Təqsirləndirilən şəxs son olaraq bildirib ki, əvvəlcədən öldürmək niyyəti olmayıb, bıçaqla yalnız çiyin nahiyəsindən tutub, daha sonra qətlə yetirməmək məqsədilə bıçağı yerə atıb.

Qeyd edək ki, C.Quliyeva Sumqayıtdakı xəstəxanaların birində tibb bacısı işləyirmiş.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər