Sumqayıt şəhərində internet kabellərinin çəkilməsi prosesi davam edir. Sumqayıt24-ə bu haqda bu gün, 2 aprel tarixində məlumat daxil olub.
İşlər Heydər Əliyev prospekti, 4-cü mikrorayon ərazisində aparılır. Ərazidə olan “Aztelekom”-un əməkdaşları kanalizasiya quyusunun qapağını açaraq yeraltı kabel xətlərini yeniləyirlər. [modula id="12527"]