Sumqayıt şəhərində yollarda asfalt örtüyünün əsaslı təmiri işlərinə başlanılır.
İqtisadiyyat.az-ın məlumatına görə, bununla əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyəti müvafiq işləri yekunlaşdırıb.
Belə ki, icra hakimiyyəti asfalt örtüyünün əsaslı təmiri işlərini "VNM İnşaat" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqavilənin maliyyə dəyəri 1 milyon 398 min 671 manat olaraq müəyyənləşib.