Sumqayıtda avtomobil yolunun hərəkət hissəsində yağış suları üçün nəzərdə tutulan lyukun dəmir barmaqlıqları yoxdur. Bu haqda bu gün, 18 dekabr tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Problemli yer şəhərin Sülh küçəsindədir. Təqdim etdiyimiz fotomateriallarda göründüyü kimi, lyukun önünə daş qoyulub. Bu tədbirin görülmə məqsədi isə, sürücünün uzaqdan bu maneəni görərək lyukdan yan keçməsidir. Adıçəkilən küçədən şəhərin çıxışına aparan yol var, gün ərzində bura ilə minlərlərə avtomobil hərəkət edir.
Daha öncə, Babək küçəsində yağış suları üçün nəzərdə tutulmuş dəmir barmaqlıqların qəza təhlükəsi yaratdığı haqda məlumat vermişdik.