Sumqayıt şəhərində yüksək gərginlikli elektrik dirəkləri yenilənir. Bu haqda bu gün, 18 yanvar tarixində Sumqayıt24-ə məlumat daxil olub.
İşlər bir neçə gün öncə, H.Z. Tağıyev qəsəbəsinin Hüseyn Ərəblinski küçəsində başlanılıb. Burada illərdir olan köhnə dirəklər aşırdılır və əvəzinə yeniləri qoyulur. Artıq bir neçə yeni dirək quraşdırılıb. İşlər yaxın günlərdə yekunlaşacaq. [modula id="8209"]