Sumqayıt şəhəri ərazisində piyada zolaqlarının yenilənməsi davam edir. Bu haqda bu gün, 30 may tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, işlər Sülh küçəsində və Heydər Əliyev prospektində aparılıb. Burada mövcud olan “zebra”lar piyadaların və sürücülərin rahatlığı üçün rənglənib.
Bu kimi işlər bundan sonra Zülfi Hacıyev, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Sahil küçələrində və bulvarın yaxınlığında görüləcək. [modula id="15889"]